Sizin reklam burada
Sizin reklam burada

Xəstəxanada sistem köçürülən bir yaşlı körpə vəfat etdi

Xəstəxanada sistem köçürülən bir yaşlı körpə vəfat etdi


Gəncə Birləşmiş Uşaq Xəstəxanasında bir yaşlı körpə tibbi müdaxilə zamanı vəfat edib.
2025-ci il təvəllüdlü A.S. yüksək hərarətlə xəstəxanaya çatdırılıb.
Məlumata görə, körpəyə infuzion terapiya ("sistem") tətbiq edilərkən vəziyyəti qəfil pisləşib və o, dünyasını dəyişib.

Körpənin ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

  • Sosial şəbəkədə paylaş