Sizin reklam burada
Sizin reklam burada

İnfarktdan qorunmağən ən asan yolu: Amma bir "əmma"sı var

İnfarktdan qorunmağən ən asan yolu: Amma bir "əmma"sı var


Hamam və sauna həvəskarları üçün şad xəbər var. Terapevt Anna Qayduk bildirib ki, müntəzəm olaraq saunadan istifadə etmək ürək-damar sistemi üçün əvəzsiz faydalıdır.

Mütəxəssis bu proseduru orqanizm üçün mülayim fiziki aktivliklə müqayisə edib. Yüksək temperaturun təsiri ilə ürək döyüntüləri sürətlənir, qan dövranı yaxşılaşır və bütün daxili orqanlar oksigenlə daha yaxşı təmin olunur.

Həkimin sözlərinə görə, bu vərdiş damarları "möhkəmləndirir": "Sauna həvəskarlarında infarkt və insult riski daha aşağı olur. İsti buxarla "məşq edən" damarlar elastikləşir və hipoksiyaya (oksigen çatışmazlığına) qarşı daha dözümlü olur".

Lakin terapevt ciddi xəbərdarlıq da edib. Artıq ürək-damar xəstəliyi olanlar (arterial hipertenziya, infarkt keçirmiş şəxslər və s.) üçün hamam və sauna vəziyyəti daha da pisləşdirə bilər. Bu səbəbdən həkimlə məsləhətləşmək mütləqdir.

Müəllif: Adəm

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ