Sizin reklam burada
Sizin reklam burada

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

Bu gün Azərbaycan iş dünyasında öz dəsti-xətti, xeyriyyəçilik fəaliyyəti və vətənə bağlılığı ilə seçilən dəyərli insanlardan biri – iş adamı Səfər Cəfərəli oğlu Əlirzayevin doğum günüdür. Onun həyat yolu yalnız şəxsi uğurların deyil, həm də cəmiyyətə faydalı olmağın, insanlara dəstək göstərməyin parlaq nümunəsidir.

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

Səfər Əlirzayev 23 mart 1973-cü ildə qədim tarixə və zəngin ənənələrə malik Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri bu kəndin zəhmətkeş, vətənpərvər mühitində keçmiş, onun xarakterinin formalaşmasında doğma yurdun mənəvi dəyərləri mühüm rol oynamışdır. Orta təhsilini Nehrəm kənd məktəbində uğurla başa vurduqdan sonra ali təhsil almaq məqsədilə Bakı şəhərinə üz tutmuş, Təfəkkür Universitetində Beynəlxalq hüquq ixtisası üzrə təhsil alaraq 2006-cı ildə bakalavr dərəcəsinə yiyələnmişdir.

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

Onun əmək fəaliyyəti 1992-ci ildən başlayır. Hələ gənc yaşlarından zəhmətə bağlılığı, təşəbbüskarlığı və iradəsi ilə seçilən Səfər Əlirzayev qısa müddətdə biznes sahəsində özünü doğrultmuş, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər təsis etmişdir. Sahibkarlıq fəaliyyətində daim yeniliklərə açıq olması, düzgün idarəetmə bacarığı və strateji düşüncə tərzi onun uğurlarını şərtləndirən əsas amillərdən olmuşdur.

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

2002-ci ildən etibarən “Azərbaycanın Təmiz Texnologiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi fəaliyyətə başlamış və bu quruma rəhbərlik edərək onu inkişaf etdirərək uğurlu bir şirkətə çevirmişdir. Onun rəhbərliyi altında həyata keçirilən layihələr yalnız iqtisadi baxımdan deyil, eyni zamanda ekoloji və sosial baxımdan da əhəmiyyət daşıyır.

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

Səfər Əlirzayevin ictimai-siyasi fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biri kimi partiyanın həyata keçirdiyi tədbirlərdə daim iştirak etmiş, üzərinə düşən vəzifələri məsuliyyət və dəqiqliklə yerinə yetirmişdir. 15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci il tarixlərində keçirilmiş Azərbaycan Respublikası Prezident seçkilərində fəallıq göstərmiş, partiya tərəfindən dəfələrlə təşəkkür və rəğbətlə qarşılanmışdır. O, bütün fəaliyyəti boyunca dövlətçiliyə sadiqliyi, milli maraqlara bağlılığı və ümummilli lider Heydər Əliyevin siyasi kursuna hörmətlə yanaşması ilə seçilmişdir.

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

Səfər Əlirzayevin həyat və fəaliyyətində xeyriyyəçilik xüsusi yer tutur. O, illərdir şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə böyük hörmət qazanmışdır. Xüsusilə Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid ailələri onu daim yanlarında olan, onların problemlərinə həssas yanaşan bir insan kimi tanıyırlar. Bakı şəhərində də bu istiqamətdə aktiv fəaliyyət göstərərək sosial məsuliyyətini davam etdirir.

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

Onun xeyriyyə fəaliyyəti yalnız müəyyən qruplarla məhdudlaşmır. Səfər Əlirzayev mütəmadi olaraq dini bayramlarda, xüsusilə Ramazan və Qurban bayramlarında ehtiyacı olan ailələrə yardım edir, onların sevincinə şərik olur. Doğma Nehrəm kəndində hər il təşkil etdiyi ehsan süfrələri artıq bir ənənəyə çevrilmişdir və kənd sakinləri tərəfindən böyük minnətdarlıqla qarşılanır.

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

44 günlük Vətən müharibəsi dövründə və sonrasında da o, öz vətənpərvər mövqeyini konkret addımlarla nümayiş etdirmişdir. Qazilərin problemlərinə həssaslıqla yanaşmış, onların sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif təşəbbüslərlə çıxış etmişdir. Qələbə bayramı münasibətilə bir müharibə əlilinə minik avtomobili hədiyyə etməsi onun bu istiqamətdəki fəaliyyətinin bariz nümunəsidir.

Onun xeyriyyəçilik fəaliyyəti beynəlxalq humanitar dəyərləri də əhatə edir. 2020-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Yardım Fonduna 100.000 manat ianə etmiş, eyni zamanda qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə 500.000 türk lirəsi vəsait köçürmüşdür. Bu addımlar onun yalnız ölkə daxilində deyil, ümumilikdə humanitar dəyərlərə sadiq bir insan olduğunu göstərir.

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

Səfər Əlirzayev həm də nümunəvi ailə başçısıdır. Yeddi övlad atası olan Səfər müəllim ailə dəyərlərinə sadiqliyi, övladlarına verdiyi tərbiyə və göstərdiyi qayğı ilə ətrafındakı insanlar üçün örnək hesab olunur. Onu tanıyanlar onun sadəliyini, səmimiyyətini və insanlara qarşı diqqətli münasibətini xüsusilə vurğulayırlar.

Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!
Səfər Əlirzayev- Zəhmət, Vətənpərvərlik və Xeyirxahlıq nümunəsi!!!

Onun qazandığı nüfuz təsadüfi deyil. Bu nüfuzun arxasında illərlə davam edən zəhmət, dürüstlük, insanlara yardım etmək istəyi və cəmiyyətə faydalı olmaq amalı dayanır. Səfər Əlirzayev hər zaman çətin vəziyyətdə olan insanların yanında olmağa çalışmış, imkanları daxilində hər kəsə dəstək vermişdir.

Bu gün – onun doğum günündə Səfər Əlirzayevə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində daha böyük uğurlar arzulayırıq. Onun gördüyü xeyirxah işlərin davamlı olması, cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır və gələcək nəsillər üçün də gözəl nümunədir.

Yusif MƏHƏMMƏDOĞLU,
AYB-nin və AJB-nin üvzi, Prezident təqaüdçüsi,
Xəbərlər İnformasiya Agentliyinn Baş redaktoru, yazıçı-jurnalist

  • Sosial şəbəkədə paylaş