Sizin reklam burada
Sizin reklam burada

İranın qurtuluşu Pezeşkiandır: "Bu, İranda yaşayan bütün xalqların mənafeyinə uyğundur"

İranın qurtuluşu Pezeşkiandır: "Bu, İranda yaşayan bütün xalqların mənafeyinə uyğundur"


“Hazırda ölkə olaraq İranın və İran xalqının (fars-molla rejiminin yox) tək qurtuluş şansı Məsud Pezeşkiandır”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-də yaşayan diaspor fəalı, siyasi şərhçi Zaur Bayramlı deyib.

İranın qurtuluşu Pezeşkiandır: "Bu, İranda yaşayan bütün xalqların mənafeyinə uyğundur"

Onun sözlırinə görə, 2-5 ili əhatə edəcək keçid prosesi Pezeşkian öndərliyində aparılmalıdır:
“Pezeşkianın ön planda olması həm Azərbaycanla Türkiyənin dövlət maraqlarına uyğundur, həm də hər iki ölkənin xalqları tərəfindən də rəğbətlə qarşılanacaqdır.
Təbii ki, bu durumda Vilayəti-fəqih sistemi ortadan qalxmalı, prezidentin səlahiyyətləri artırılmalı, eyni zamanda, SEPAH özünü fəsh edərək Müdafiə Nazirliyinin tərkibinə və tabeçiliyinə keçməlidir. Pezeşkianın Qərb başda olmaqla, dünya tərəfindən də qəbul görəcəyi şübhəsizdir”.
Z. Bayramlı qeyd edib ki, Məsud Pezeşkian hər nə qədər türk, azərbaycanlı olsa da, indiki dönəmdə proseslərin onun rəhbərliyi altında irəliləməsi İranda yaşayan bütün xalqların da mənafeyinə uyğundur:
“Ümid edirəm ki, boş və anlamsız yerə dirənmələrinin bədəlini özlərinin və doğmalarının həyatları bahasına ödəyən mollalar gec olmadan bu həqiqəti dərk edərək siyasi səhnədən çəkilib, “ibadətləri” ilə məşğul olacaqlar”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ