Sizin reklam burada
Sizin reklam burada

Novruz bayramı Azərbaycan xalqının qədim adət-ənənələrini özündə əks etdirən ən gözəl bayramlardan biridir

Novruz bayramı Azərbaycan xalqının qədim adət-ənənələrini özündə əks etdirən ən gözəl bayramlardan biridir


Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və qədim adət-ənənələrini özündə əks etdirən ən gözəl bayramlardan biridir. Bu bayram minilliklər boyu qorunaraq bu günə qədər gəlib çatmış və xalqımızın həyatında xüsusi yer tutmuşdur.

Novruz baharın gəlişini və təbiətin yenidən canlanmasını müjdələyir. Bu günlərdə torpaq oyanır, ağaclar çiçək açır, həyat yenidən canlanır. İnsanlar da bu dəyişiklikləri sevinc və ümidlə qarşılayır, yeni ilə xoş arzularla qədəm qoyurlar.

Bayram ərəfəsində insanlar evlərini təmizləyir, həyətlərini səliqəyə salır və bayram süfrələri hazırlayırlar. Süfrədə səməni, boyanmış yumurtalar və müxtəlif şirniyyatlar bolluq və bərəkətin rəmzi kimi yer alır.

Novruz həm də insanların bir-birinə daha yaxın olduğu bir bayramdır. Bu günlərdə qohumlar və dostlar bir araya gəlir, küsülülər barışır və insanlar bir-birinə xoş arzular bildirirlər.

Bahar bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, xoşbəxtlik və firavan həyat arzulayırıq. Qoy Novruz bayramı hər evə sevinc və bərəkət gətirsin!

Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru

  • Sosial şəbəkədə paylaş