Sizin reklam burada
Sizin reklam burada

Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur

Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur



Reflüks xəstəliyi son illərdə getdikcə daha geniş yayılıb.
Türkiyəli həkim Mehmet Yalnız bildirib ki, hazırda hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlinir və bu vəziyyət birbaşa həyat tərzi ilə əlaqəlidir.
Qeyd edib ki, reflüksün artmasında siqaret istifadəsi, alkoqol qəbulu, qərb tipli qidalanma, piylənmə və çoxlu fast-food və qəlyanaltıların istehlakı mühüm rol oynayır. Mədə tutumundan artıq qidalanma zamanı mədədəki qida borusuna geri qayıdır və bu da qida borusunda yanma hissinə səbəb olur.
Onun sözlərinə görə, mədə ilə qida borusu arasında anatomik qapaq olmasa da, əzələlər və diafraqmanın yaratdığı qoruyucu sistem qapaq funksiyasını yerinə yetirir. Lakin zamanla bu sistem zəifləyə və reflüks qalıcı hal ala bilər.
Reflüksdan qorunmaq üçün xüsusilə axşam saatlarında diqqətli olmaq tövsiyə edilir. Bildirir ki, yatmazdan ən azı 3 saat əvvəl yemək və maye qəbulunu dayandırmaq lazımdır. Əgər buna baxmayaraq mədə turşusu qida borusuna qayıdırsa, yatağın baş hissəsini təxminən 45 dərəcə qaldırmaq reflüks şikayətlərini azalda bilər.

  • Sosial şəbəkədə paylaş