Sizin reklam burada
Sizin reklam burada

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup müəllimlə görüş təşkil olunub

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup müəllimlə görüş təşkil olunub. Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov, yerli təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının yerli rayon komitələrinin sədrləri və bir qrup müəllim iştirak edib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov çıxış edərək 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müəllimləri təbrik edib, onların cəmiyyətin inkişafında, xüsusilə də gənc nəslin tərbiyəsində mühüm rol oynadıqlarını vurğulayıb. Bildirilib ki, müəllimlərin fədakar fəaliyyəti və təhsilin inkişafına verdikləri töhfə hər zaman yüksək qiymətləndirilir.
Çay süfrəsi ətrafında baş tutan görüş səmimi söhbət və fikir mübadiləsi şəraitində davam edib.
Görüş çərçivəsində təhsil sahəsində səmərəli fəaliyyət göstərən müəllimlərə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.
Sonda müəllimlərə xoş arzular çatdırılıb, onların gələcək fəaliyyətlərində uğurlar dilənib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ