8 Mart – Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkələrində qadınlara olan sevginin, ehtiramın və minnətdarlığın ifadə olunduğu xüsusi bir gündür. Bu gün qadınların cəmiyyətin inkişafında oynadığı mühüm rol bir daha xatırlanır, onların zəhməti, fədakarlığı və yüksək mənəvi keyfiyyətləri təqdir olunur. Azərbaycan qadınları tarix boyu öz müdrikliyi, mərdliyi və zəhmətkeşliyi ilə seçilmiş, ailədə olduğu kimi cəmiyyətin müxtəlif sahələrində də böyük uğurlar qazanmışlar.
Xüsusilə təhsil sahəsində çalışan qadınlar gələcəyimizin qurucuları olan gənc nəslin yetişməsində əvəzsiz rol oynayırlar. Məktəb rəhbərləri isə bu müqəddəs və məsuliyyətli missiyanı layiqincə yerinə yetirərək həm müəllim kollektivinin, həm də şagirdlərin inkişafına töhfə verirlər.
Bu münasibətlə redaksiyamız adından GORANBOY rayon Qızılhacılı kənd 1 saylı orta məktəbin direktoru Məlahət Abbasova xanımı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, rəhbərlik etdiyi kollektivlə birlikdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq. İnanırıq ki, onun rəhbərliyi ilə məktəb bundan sonra da yüksək nəticələr əldə edəcək və gənc nəslin savadlı, vətənpərvər ruhda yetişməsinə öz töhfəsini verməyə davam edəcəkdir.
