Sizin reklam burada
Sizin reklam burada

MEDİA Yaxın Şərqdəki vəziyyət ilə bağlı jurnalistlərə müraciət etdi

MEDİA Yaxın Şərqdəki vəziyyət ilə bağlı jurnalistlərə müraciət etdi


Medianın İnkişafı Agentliyi Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib.

Müraciətdə Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axınının müşahidə olunduğu qeyd edilir.

"Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq.

Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik", - müraciətdə vurğulanır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ