Sizin reklam burada
Sizin reklam burada

Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə görüş keçirilib

Tədrisin keyfiyyətinin artırılması məqsədilə müdir müavini Elmin Məmmədtağıyev tərəfindən, yerli təhsil sektorlarının müdirləri və idarə əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Görüşün əsas məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş keyfiyyət fəaliyyət planının icra vəziyyəti, təhsil müəssisələrində tədrisin keyfiyyətinin monitorinqi və yerli təhsil sektorlarının qarşıya qoyulan strateji hədəflər üzrə fəaliyyətinin təkmilləşdirilməsidir.
Görüş zamanı tədris prosesində müasir metodların tətbiqi, fənn müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin fərdi bacarıqlarının inkişaf etdirilməsi və motivasiyanın yüksəldilməsi və innovativ texnologiyaların tətbiqi, regional səviyyədə təhsil keyfiyyətinin qiymətləndirilməsi üzrə görüləcək tədbirlər barədə tapşırıqlar verilib.
Görüşün sonunda iştirakçılar, təhsil müəssisələrində innovativ yanaşmaların tətbiqini sürətləndirmək və şagirdlərin fərdi bacarıqlarının inkişafını təmin etmək üçün qarşıda duran prioritetləri müzakirə ediblər.
Qeyd edək ki, mövzu ilə bağlı yerli təhsil sektorları tərəfindən ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə görüşlərin keçiriləcəyi nəzərdə tutulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ