Sizin reklam burada
Sizin reklam burada

ADY-də gediş kartının balansını artıq onlayn artırmaq mümkündür

 ADY-də gediş kartının balansını artıq onlayn artırmaq mümkündür

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlər üçün yeni rəqəmsal xidməti istifadəyə verib.

Qurumdanverilən məlumata görə, artıq ADY-nin fiziki gediş kartlarının balansını onlayn şəkildə artırmaq mümkündür. Bunun üçün istifadəçilər rəsmi sayt vasitəsilə xüsusi bölməyə daxil olaraq əməliyyatı həyata keçirə bilərlər.

Belə ki, sərnişinlər “Fiziki kartın balansının artırılması” bölməsinə keçid edərək kartın üzərində qeyd olunan 10 rəqəmli kodu və artırmaq istədikləri məbləği daxil etməklə balansı rahat şəkildə yükləyə bilərlər.

Daha ətraflı: https://ticket.ady.az/az/balans-artirilmasi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ