Sizin reklam burada
Sizin reklam burada

Vətənə müxaliflərin Vaşinqtonda cuşa gələn etiraz eşqi… - Zaur Bayramlı yazır

Vətənə müxaliflərin Vaşinqtonda cuşa gələn etiraz eşqi… - Zaur Bayramlı yazır


Mənim prezidentə Amerikada etiraz etməyə cəhdin hüquqi tərəfləri ilə işim yoxdur: onların bu hərəkətləri qanuni idimi, dövlət başçılarının qaldıqları məkanlara nə qədər yaxınlaşıb-yaxınlaşmamaq olar, orada meqafondan istifadəyə qanunlar yol verirmi və s.

Açığı, bunları araşdırmağa nə vaxtım, nə də həvəsim var. Heç marağımda da deyil.
Məni məsələnin daha çox mənəvi tərəfi maraqlandırır.

Belə ki, həmin aksiyada iştirak edənlərdən Tofiq Yaqublunun oğlu Rəhimdən başqa əksəriyyəti uzun illərdir Amerikada yaşayırlar. Bu illər ərzində biz Azərbaycan icması olaraq ermənilərə qarşı saysız-hesabsız aksiyalar keçirmişik. Şəxsən mən 12 ildir Amerikada olduğum müddətdə çox vaxt övladlarımla bərabər Ermənistanın Vaşinqtondakı səfirliyinin önündə hər 26 fevralda, Vaşinqtonun sərt soyuğunda saatlarla Xocalı soyqırımını protesto etmişik.

Özəlliklə Polad Həşimovun şəhadətindən etibarən 44 günlük savaşımızın sonuna qədər sayını itirdiyim qədər aksiyalar keçirdik.

O aksiyaların birində də həmin o prezidentə etiraz etməklə ölkəmiz adına utancverici mənzərənin yaranmasına səbəb olan şəxslərdən birini də görmədim. Anladıq – iqtidara müxalifsiniz və bu sizin haqqınızdır. Bəs Vətən? Vətənə də müxalifsiniz? Yoxsa ermənini düşmən hesab etmirsinizmi ki, bu illər ərzində bircə dəfə də olsun, bu cür aksiyalardan birini yaşadığınız şəhərdə yerləşən düşmən ölkənin səfirliyinin qarşısında da təşkil etmədiniz? Bəlkə, “Green card” eşqi Vətən eşqini üstələdi?

Hə, bir də hüquqlarını müdafiə üçün çıxdığınızı iddia etdiyiniz jurnalistlər və Tofiq Yaqublu yeni həbs edilməyiblər. Yəni onların həbsdə olduqları müddətdə ölkə başçımız dəfələrlə Amerikada səfərdə olub. Niyə məhz indi protesto etmək ağlınıza gəldi?

Sizi bilmirəm, mənə görə həm Münxendə, həm də Vaşinqtonda baş verənlərin Bakıda separatçı erməni qatillərə ömürlük, Rusiyanın adamı olan Vardanyana 20 il həbs cəzası verilməsindən dərhal sonra olması, heç də təsadüf deyil…

  • Sosial şəbəkədə paylaş