Sizin reklam burada
Sizin reklam burada

Paytaxtda və Abşeronda güclü külək əsir, regionlarda duman var - FAKTİKİ HAVA

Paytaxtda və Abşeronda güclü külək əsir, regionlarda duman var - FAKTİKİ HAVA


Ölkə ərazisində fevralın 22-də saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olub.
Düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənir.
Neft Daşları, Çilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır.
Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.

  • Sosial şəbəkədə paylaş