Peşəkar energetikləri kənarda saxlayıb, bu sahəyə dəxilsiz birisinin yüksək maaşla işə qəbulu səbəbini bircə Yusifov özü bilər
Yenixeber.org: Mingəçevir şəhərində yerləşən “8 noyabr” Elektrik Stansiyasının direktoru Üzeyir Yusifovla bağlı redaksiyamıza yeni, həm də maraqla qarşılanacaq məlumatlar daxil olub. Adı Azərbaycan ictiamiyyətinə yad olmayan Üzeyir Yusifovla bağlı bu məlumatlara keçməzdən əvvəl, “8 noyabr” Elektrik Stansiyası ilə bağlı qısa xatırlatma:
Mingəçevirdə yerləşən “8 noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sistemində strateji əhəmiyyət kəsb etməklə, yeni termik enerji layihəsi sayılır.
Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir. Ölkənin elektrik enerjisinə olan təlabatın 40 faizə yaxını buradan qarşılanır. Stansiyanın gücü 1880 meqavatdır.
24.06.2025-ci il tarixdə stansiyanın açılışı dövlət başçısının iştirakı ilə baş tutub.
Üzeyir Yusifovun kadr seçimləri...
Mingəçevirli oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə, Üzeyir Yusifov yeni, daha da təmtəraqlı vəzifəsində köhnə prinsipləri ilə fəaliyyətdədir. İlk növbədə isə əziz-xələf bildiyi qohumlarını düşünməkdədir. Belə ki, cənab Yusifovun yeni Elektrik Stansiyasında işə qəbul etdikləri sırasında qaynının nəvəsi Məcnun Nəbizadənin də, yer aldığı bildirilir. İlk baxışdan qeyri-adi bir şey olmasa da, bu Nəbizadənin energetik olmadığı və yüksək maaşa işlədiyi məlum olanda bəlli suallar doğur...Peşəkar energetikləri kənarda saxlayıb, bu sahəyə dəxilsiz birisinin yüksək maaşla işə qəbulu səbəbini bircə Yusifov özü bilər.
Yeri gəlmişkən, görünür xüsusi qayğının nəticəsidir ki, sevimli qayınını nəvəsi şəhərin sağ sahilindəki ikiotaqlı mənzilini də, stansiyanın materialları ilə təmir edir(?)
Şəhərin girişində-Havarlı kəndində iki həyət evinin də eyni qaydada təmir edildiyi bəllidir...
“Azərenerji” sistemində “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə tanınan Üzeyir Yusifovun kadr seçimi ilə bağlı digər fakt isə Şirvan şəhərində yerləşən Cənub Elektrik Stansiyasında mülki müdafiənin rəisi vəzifəsində, 13-cü dərəcə ilə çalışan Müşfiq Mirzəyevlə bağlıdır. İllərlə eyni işdə çalışanlar 10-11-dərəcədən yuxarı qalxa bilmədikləri halda, bu Mirzəyev “işıq sürəti ilə” yüksələ bilib(?) Özünün də işə çıxmadığı bildirilir. Müvafiq kamera görüntüləri və turniket çıxarışları ilə bu faktın təsdiq olunacağı deyilir. Maaş kartının isə əvvəllər Yusifovda olduğu deilsə də, indi özündə olduğu məlumdur. Hətta, Yusifovun onu yeni direktor Nizami Ədilova tapşırdığı da, məlumatlar sırasındadır...
***
Üzeyir Yusifovun Xırdalan şəhərində yerləşən AAF PARK yaşayış Kompleksində 120 m2 sahəli üçotaqlı ev aldığı, “Azərenerji” ASC-nin sabiq qadın əməkdaşına (Qadının adını bəlli səbəbdən yazmırıq. Red.) yaxın keçmişdə Masazır və Saray qəsəbələrində də yeni evlər hədiyyə etdiyini biz deyə bilmərik...
Sonda xatırladaq ki, Üzeyir Yusifovla bağlı indiyədək mediada çoxlu yazılar tirajlanıb. Bu yazlarda önun “özfəaliyyət” səhnələrindən tutmuş, əmlaklarına qədər çoxlu faktlar yer alıb. Bütün bunların fonunda “Azəenerji” ASC-nin rəhbəri Balababa Rzayevin susqunluğu isə, yumşaq desək birmənalı qarşılanmır.
Redaksiyadan: Yazıda yer alan iddialarla bağlı qərşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
