Sizin reklam burada
Sizin reklam burada

TƏBİB-in müvəqqəti sədri kimdir? - DOSYE

TƏBİB-in müvəqqəti sədri kimdir? - DOSYE

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Həmin vəzifənin icrası müvəqqəti olaraq TƏBİB sədrinin müavini Anar İsrafilova həvalə edilib.
O, Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.
2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
2022-ci il noyabrın 20-də TƏBİB-in icraçı direktorunun müavini təyin olunub.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ