Sizin reklam burada
Sizin reklam burada

Bank sektorunda dəyişiklik siqnalı - Faizsiz dövr bitə bilər

 Bank sektorunda dəyişiklik siqnalı - Faizsiz dövr bitə bilər

Banklarda cari hesabda saxlanılan vəsaitlərə faiz hesablanmır, halbuki bu pullar inflyasiya səbəbilə real dəyərini itirir. Banklar isə həmin vəsaitlərdən istifadə edərək gəlir əldə edir.
Bir ildən artıq müddət cari hesabda saxlanılan pullara faiz tətbiq etmək mexanizmi yaradıla bilərmi?
Bu barədə iqtisadçı Elçin Rəşidov danışıb. O deyib ki, hazırda belə bir mexanizm mövcuddur və bəzi banklar onu könüllü əsasda tətbiq edirlər:
“Məsələn, vətəndaşın kart hesabında vəsait olduqda, həmin məbləğin müəyyən hissəsini depozit kimi rəsmiləşdirərək faiz əldə etmək mümkündür. Lakin bunun üçün müştəri özü bu xidmətə qoşulmalıdır. Bəzi banklar cari hesabda saxlanılan vəsaitə çox aşağı faiz təklif edir, bəzilərində isə ümumiyyətlə faiz tətbiq edilmir. Bu mexanizm əsasən müştəri cəlb etmək məqsədi daşıyır ki, vətəndaşlar həmin bankın kartlarından daha çox istifadə etsinlər”.
İqtisadçı bildirib ki, bazarda bu sahədə ciddi rəqabət olmadığından təklif olunan faizlər də aşağı səviyyədə qalır:
“Hesab edirəm ki, bu mexanizm məcburi qaydada, lakin aşağı faiz dərəcəsi ilə tətbiq oluna bilər. Bu, vətəndaşların vəsaitinin müəyyən hissəsini inflyasiyanın təsirindən qismən qorumağa imkan verər. Nəzərə almaq lazımdır ki, inflyasiya səviyyəsi daha yüksəkdir və tətbiq ediləcək faiz yalnız qismən kompensasiya rolunu oynaya bilər. Belə mexanizmin tətbiqi zamanı bəzi şərtlər müəyyənləşdirilməlidir. Məsələn, cari hesabda saxlanılan vəsaitin minimal məbləği, həmin vəsaitin hesabda qalma müddəti və digər meyarlar aydın şəkildə tənzimlənməlidir. Bu, həm banklar, həm də müştərilər üçün şəffaf və balanslı modelin formalaşmasına şərait yarada bilər”.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ