Sizin reklam burada
Sizin reklam burada

"Arash Estetik"də pozuntu aşkarlandı: Klinika cərimələndi

"Arash Estetik"də pozuntu aşkarlandı: Klinika cərimələndi
Səhiyyə Nazirliyi "Arash Estetik" klinikasında plandankənar yoxlama aparıb.

Yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərib.

Məhkəmənin qərarına əsasən, "Arash Estetik" klinikası 6 000 manat məbləğində cərimələnib.

  • Sosial şəbəkədə paylaş