Sizin reklam burada
Sizin reklam burada

İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənovanın adı yüz minlərlə manatlıq dələduzluqda hallanır:külli miqdarda qızıllar hara yoxa çıxıb?

İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənovanın adı yüz minlərlə manatlıq dələduzluqda hallanır:külli miqdarda qızıllar hara yoxa çıxıb?

Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova ətrafında yaranan dələduzluq iddiaları cəmiyyətdə ciddi narazılıq doğurmaqda davam edir.

Yenixeber.org: Daha əvvəl bu mövzu ilə bağlı mətbuatda məlumat yayılsa da, indiyədək nə Nigar Həsənova tərəfindən, nə də aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə hər hansı aydın və qaneedici açıqlama verilməyib.

Məlumatlara əsasən, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova bir neçə vətəndaşın etibarından sui-istifadə edərək külli miqdarda pul və qızıl zinət əşyalarını mənimsəməkdə ittiham olunur.

İddialara görə, zərərçəkənlərə verilən vədlər yerinə yetirilməyib, götürülən vəsait və zinət əşyaları geri qaytarılmayıb.

Məlumata əsasən, N. Həsənova əldə etdiyi pul və qızılın bir hissəsini şəxsi borclarını bağlamağa sərf edib, digər hissəsini isə lombardlara girov qoyub. Konkret olaraq bildirilir ki, Pakizə Əliyevadan 146 min 290 manat pul vəsaiti və 700 qram qızıl, Lalə Rüstəmovadan 650 qram qızıl, İlqar Əliyevdən isə 50 min manat alındığı, lakin bu vəsaitlərin geri qaytarılmadığı iddia olunur. Bundan əlavə, daha bir neçə şəxsin də eyni üsulla zərər çəkdiyi bildirilir.

Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, məsələ ilə bağlı polis orqanlarında araşdırma aparıldığı bildirilsə də, uzun müddət keçməsinə baxmayaraq, ictimaiyyətə hər hansı nəticə, tədbir və ya rəsmi açıqlama təqdim edilməyib. Bu susqunluq isə haqlı suallar doğurur:

Niyə bu qədər ağır iddialar fonunda proses uzadılır? Zərərçəkənlərin hüquqları nə vaxt qorunacaq?

Məsələ ilə bağlı Nigar Həsənova ilə əlaqə saxlamağa cəhd edilsə də, o, zənglərə cavab verməyib və telefonunu söndürüb. Bu davranış da cəmiyyətdəki narazılığı daha da artırır və iddiaların təkzib olunmaması kimi qiymətləndirilir.

Qeyd edək ki, Nigar Həsənova Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, tanınmış soyadın bu işdə hər hansı rol oynayıb-oynamadığı da açıq şəkildə araşdırılmalıdır.

Məsələ ictimai əhəmiyyət daşıyır və zərərçəkənlərin taleyi cavabsız qala bilməz. Aidiyyəti qurumların bu iddialara aydınlıq gətirməsi, ictimaiyyətin isə baş verənlər barədə dolğun məlumatlandırılması vacibdir. Mövzunu diqqətdə saxlayacaq, hər hansı yenilik olacağı təqdirdə oxucularımıza təqdim edəcəyik.

  • Sosial şəbəkədə paylaş