
Qanlı 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına silinməz bir ağrı, eyni zamanda böyük bir qürur kimi həkk olunub. Bu tarix yalnız matəm günü deyil, həm də xalqımızın əyilməzliyinin, azadlıq eşqinin və vətənpərvərliyinin simvoludur.
1990-cı ilin yanvarında sovet tankları Bakının küçələrinə girərək dinc insanlara qarşı misli görünməmiş vəhşilik törətdi. Ancaq bu vəhşilik xalqın iradəsini sındıra bilmədi. Azərbaycan övladları ölümün üzərinə dik baxaraq Vətən naminə canlarını fəda etdilər.
Şəhidlər Xiyabanında uyuyan 20 Yanvar şəhidləri bu torpağın azadlıq möhürüdür. Onların tökülən qanı müstəqil Azərbaycanın təməl daşına çevrildi. Bu gün azad bir ölkədə yaşayırıqsa, bunu məhz 20 Yanvar şəhidlərinə borcluyuq.
Qanlı Yanvar şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların müqəddəs yolu gələcək nəsillərə örnək olacaq.
Nərgiz Həsənova
Qarabağ Regional Təhsil İdarəsi,
Bərdə rayonu E. Əsədov adına Türkmən kənd orta məktəbinin direktoru,
Respublikanın Əməkdar müəllimi
