Sizin reklam burada
Sizin reklam burada

20 Yanvar – bir gecədə dəyişən yüzlərlə taleyin hekayəsi

20 Yanvar – bir gecədə dəyişən yüzlərlə taleyin hekayəsi


Qanlı 20 Yanvar faciəsi təkcə siyasi tarix deyil, eyni zamanda böyük insan faciəsidir. O gecə yüzlərlə ailənin həyatı bir anda dəyişdi. Övladlar atasız, analar balasız, ailələr isə ümidlərini itirdi.

Şəhid olan insanlar müxtəlif peşə sahibləri idi. Onları birləşdirən yalnız azadlıq istəyi və Vətənə bağlılıq idi. Onlar silahsız idilər, lakin vicdanları silahdan güclü idi. Həmin gecə həyatını itirən hər bir insan xalqın gələcəyi naminə şəhid oldu.

Faciənin sosial təsiri illərlə davam etdi. Qanlı Yanvar cəmiyyətdə dərin psixoloji iz buraxdı, lakin eyni zamanda milli həmrəyliyi gücləndirdi. İnsanlar bir-birinə daha sıx bağlandı, ümumi dərd ümumi amala çevrildi.

Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi yalnız ailələrinin deyil, bütün xalqın yaddaşında yaşayır.



Aydın Bəşirov
Qarabağ Regional Mədəniyyət İdarəsinin müdiri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ