Sizin reklam burada
Sizin reklam burada

Qanlı 20 Yanvar – qorxu üzərində qurulan imperiyanın çökməyə başladığı gecə

Qanlı 20 Yanvar – qorxu üzərində qurulan imperiyanın çökməyə başladığı gecə

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür. 1990-cı ilin yanvar gecəsi Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Həmin gecə sovet imperiyası öz gücünü göstərmək, milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya silahlı qoşun yeritdi. Lakin bu addım imperiyanın gücünü deyil, əslində onun zəifliyini ortaya qoydu.

Fövqəladə vəziyyət elan edilmədən, xəbərdarlıq olunmadan həyata keçirilən hərbi əməliyyat dinc əhaliyə qarşı yönəlmişdi. İnsanlar küçələrdə, evlərinin qarşısında, avtomobillərdə gülləbaran edildi. Qanlı Yanvar hadisələri bir daha sübut etdi ki, totalitar sistem insan həyatını heçə sayır.

Bu faciə Azərbaycan xalqının siyasi şüurunda köklü dəyişiklik yaratdı. Artıq müstəqillik ideyası mücərrəd arzu deyil, yaşamaq üçün zəruri yol kimi qəbul olunmağa başladı. 20 Yanvar qorxu ilə idarə olunan sistemin mənəvi iflasının başlanğıcı oldu.

Bu gün azad Azərbaycan dövləti həmin gecə tökülən qanların hədər getmədiyini təsdiqləyir.


ÜLVİ OSMANLI
İsmayıllı şəhəri Talıstan liseyinin direktor müavini
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ