
Qanlı 20 Yanvar hadisələri Azərbaycan dövlətçiliyinin formalaşmasında ideoloji dönüş nöqtəsi oldu. Bu faciədən sonra müstəqillik artıq romantik arzu deyil, tarixi zərurət kimi qəbul edildi.
Hadisələr göstərdi ki, mərkəzdən idarə olunan imperiya daxilində xalqın təhlükəsizliyi və hüquqları təmin edilə bilməz. Bu reallıq Azərbaycan cəmiyyətini öz dövlətinə sahib çıxmağa sövq etdi.
20 Yanvar faciəsi eyni zamanda siyasi məsuliyyət anlayışını gündəmə gətirdi. Sonrakı illərdə müstəqil dövlətin qurulması, hüquqi sistemin yaradılması və təhlükəsizlik siyasətinin formalaşmasında bu faciənin dərsləri əsas götürüldü.
Bu gün Azərbaycanın müstəqil siyasəti 20 Yanvar şəhidlərinin ruhu qarşısında tarixi borcun yerinə yetirilməsidir.
Zaur Muradov,
YAP İsmayıllı rayon Təşkilatının rəhbəri
