
20 Yanvar faciəsi Azərbaycan xalqının kollektiv yaddaşında silinməz iz buraxıb. O gecə şəhid olanlar hər hansı siyasi vəzifə sahibləri deyildi. Onlar sadə vətəndaşlar – tələbələr, işçilər, ziyalılar, sürücülər idi. Onları birləşdirən yalnız Vətən sevgisi idi.
Şəhidlərin dəfn mərasimi xalqın milli birliyinin ən parlaq nümunəsinə çevrildi. On minlərlə insan öz qorxusunu kənara qoyaraq küçələrə çıxdı. Bu, sovet rejiminə qarşı səssiz, lakin çox güclü etiraz idi.
20 Yanvar şəhidləri Azərbaycan cəmiyyətində şəhidlik anlayışını yeni mərhələyə yüksəltdi. Onların fədakarlığı sonrakı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə də xalqın ruhuna güc verdi.
Bu gün onların xatirəsi təkcə anım mərasimlərində deyil, milli düşüncəmizdə yaşayır.
Əhmədov Mustafa Məhəmməd oğlu
8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi
