Sizin reklam burada
Sizin reklam burada

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür


Qanlı 20 Yanvar faciəsindən 36 il ötür. 1990-cı ilin 20 yanvar gecəsi keçmiş Sovet İttifaqının hərbi birləşmələri Bakıya və Azərbaycanın bir sıra bölgələrinə yeridilərək dinc əhaliyə qarşı amansız qətliam törətdi. Bu hadisə Azərbaycan xalqının azadlıq, müstəqillik və milli suverenlik uğrunda mübarizəsinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biri kimi tarixə düşdü.

Həmin gecə yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, yaşlılar yalnız azadlıq arzusu ilə küçələrə çıxdıqları üçün gülləbaran edildi. Onlarla insan yaralandı, yüzlərlə ailənin ocağına yas düşdü. Sovet ordusu beynəlxalq hüququ, insan haqlarını və humanitar prinsipləri kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı cinayət törətdi.

20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, bu qanlı hadisə milli azadlıq hərəkatını daha da gücləndirdi və 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına aparan yolun əsas mərhələlərindən biri oldu.

Bu gün 20 Yanvar şəhidləri Azərbaycan xalqının qürur mənbəyidir. Onların xatirəsi daim uca tutulur, adları tariximizə qızıl hərflərlə yazılıb.


MƏZAHİR QASIMOV
Bərdə 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ