Sizin reklam burada
Sizin reklam burada

20 Yanvar – şəhidlik anlayışının yeni mərhələsi

20 Yanvar – şəhidlik anlayışının yeni mərhələsi

Qanlı 20 Yanvar faciəsi Azərbaycan xalqının mənəvi tarixində şəhidlik anlayışını daha da ucaldan hadisə oldu. O gecə həyatını itirən insanlar peşəsinə, yaşına, sosial statusuna görə deyil, Vətən sevgisinə görə bir amal ətrafında birləşmişdilər.

Şəhidlər silahsız idilər, lakin onlar öz canlarını xalqın gələcəyi naminə sipər etdilər. Bu fədakarlıq Azərbaycan cəmiyyətində böyük mənəvi silkələnmə yaratdı. İnsanlar başa düşdülər ki, azadlıq yalnız tələb olunmur, onun uğrunda qurban da verilir.

20 Yanvar şəhidlərinin dəfni xalqın milli həmrəyliyinin misilsiz nümunəsinə çevrildi. Minlərlə insan yağışa, soyuğa baxmayaraq küçələrə axışdı. Bu, təkcə matəm mərasimi deyil, həm də azadlıq andı idi.

Bu gün şəhidlik zirvəsi 20 Yanvar şəhidləri ilə daha da ucalıb və onların yolu sonrakı nəsillər üçün mənəvi kompas rolunu oynayır.


Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ