Sizin reklam burada
Sizin reklam burada

20 Yanvar – xalqın qəlbində sağalmayan yara

20 Yanvar – xalqın qəlbində sağalmayan yara

Qanlı 20 Yanvar faciəsi təkcə siyasi hadisə deyil, həm də böyük insan faciəsidir. O gecə ailələr övladlarını, analar balalarını, bacılar qardaşlarını itirdi. Bir gecənin içində yüzlərlə evə yas düşdü.

Şəhid olanların hər biri adi vətəndaş idi: tələbə, sürücü, həkim, müəllim… Onlar silah götürməmişdilər, amma Vətən sevgisi ilə silahlanmışdılar. Tankların qarşısına çıxan bu insanlar azadlıq ideyasını canları bahasına qorudular.

Bu faciə xalqın mənəvi yaddaşında əbədi iz buraxdı. Hər il yanvarın 20-də Şəhidlər Xiyabanına axın edən insanlar təkcə matəm saxlamır, həm də milli birliyini nümayiş etdirir.

20 Yanvar şəhidləri zaman keçdikcə daha da ucalır, onların xatirəsi xalqın yaddaşında müqəddəsləşir.

Əvəz Qocayev,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədrinin 1-ci müavini,
Əmək Ordenli, Respublikanın Əməkdar mühəndisi,
1- ci Qarabağ müharibəsinin veteranı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ