Sizin reklam burada
Sizin reklam burada

20 Yanvar – unudulmayan tarix, unudulmayan dərs

20 Yanvar – unudulmayan tarix, unudulmayan dərs

Qanlı 20 Yanvar faciəsindən 36 il keçməsinə baxmayaraq, həmin gecənin ağrısı və dərsi bu gün də aktuallığını qoruyur. Bu faciə Azərbaycan xalqına azadlığın hansı bədəllə qazanıldığını göstərdi.

20 Yanvar hadisələri gənc nəsil üçün böyük bir tarix dərsidir. Bu gün müstəqil dövlətimizin bayrağı dalğalanırsa, ordumuz güclüdürsə, sözümüz dünyada eşidilirsə, bunun əsasında 20 Yanvar şəhidlərinin fədakarlığı dayanır.

Hər bir azərbaycanlı bu tarixi bilməli, şəhidlərin xatirəsini daim uca tutmalı və dövlət müstəqilliyimizi göz bəbəyi kimi qorumalıdır. Çünki tarixini unudan millətlər gələcəyini də itirir.

20 Yanvar – təkcə matəm deyil, milli qürur günüdür.


Sahib Qasımov,
İş adamı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ