Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəsindən azad edilib.
Bununla bağlı müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini vəzifələrində çalışıb.
