Sizin reklam burada
Sizin reklam burada

XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq

 XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədəMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ