Sizin reklam burada
Sizin reklam burada

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı

 Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə daha 21 ailə (79 nəfər) köçürülüb.

Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ