İsmayıllı şəhəri "Talıstan" liseyində "Nə? Harada? Nə zaman? oyunu üzrə canlı turnirin region turu keçirilib. Oyunda Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət gösətərən təhsil müəssisələrində təhsil alan VI-XI sinif şagirdlərindən ibarət 20 komanda iştirak etmişdir.
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən oyunda İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət “Sən həmişə bizimləsən” komandası I yerə, İsmayıllı şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərindən ibarət "Şərqin napoleonu" komandası II yerə, Şamaxı şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi və Şamaxı Avropa liseyinin şagirdlərindən ibarət "Şamaxı" komandası isə III yerə layiq görülmüşdür.
Sonda qalib komandalara diplom, medal, kubok və hədiyyələr təqdim edilmişdir.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #NəHaradaNəZaman #Oyun
