Sizin reklam burada
Sizin reklam burada

Mehriban Xanlarova işdən çıxarıldı

 Mehriban Xanlarova işdən çıxarıldı

Əməkdar artist Mehriban Xanlarova işdən çıxarılıb.




Bu barədə o, özünün feysbuk hesabında paylaşım edib.




Sənətçi Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov tərəfindən rəsmi şəkildə işdən azad edildiyini bildirib.




Qeyd edək ki, Mehriban Xanlarova işdən çıxarılmasında Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor Mehriban Ələkbərzadənin adını hallandırıb. Əməkdar artist  açıqlamasında bildirib ki, teatr tərəfindən verilən bu qərar gözlənilməz olub:




"Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin ədalətsizliyinə etiraz edərək işdən çıxmaq üçün ərizə yazdım və üç gün ərzində işdən çıxardılar. İlham Əsgərov tərəfindən bu qərarın veriləcəyinə inanmazdım. Teatrdan azad edilməyimlə bağlı iclas belə olmadı. Mən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya güvənirəm, inanıram ki, ölkə rəhbərliyi tezliklə işə qaytarılmağıma kömək olacaq".


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ