Sizin reklam burada
Sizin reklam burada

Vətən Müharibəsi – Tarixi Ədalətin Bərpası

Vətən Müharibəsi – Tarixi Ədalətin Bərpası


27 sentyabr 2020-ci ildə başlanan Vətənin müdafiyəsi dünya ictimayyətinə məlumdur. 27 sentyabrdan 8 noyabra gedən 44 günlük yol çətin yol oldu. Bu yol 30 illik işğala son qoydu. Bu yolu milli gücümüzün, hərbi potensialın, siyasi, iqtisadi və ən əsası milli həmrəylik hesabına getdik. Bu yol haqq yolu idi. Elə buna görə də milli ruhda böyümüş gənclərimiz bu yolu qürurla getdi, canları-sağlamlıqları bahasına işğal olunmuş torpaqlarımızı azad etdi və tarixə QALİB AZƏRBAYCAN səhifəsini yazdı. Ermənistan xislətli siyasətinə son qoyuldu. Ermənistan tək hərb meydanında deyil, həm də dünya diplomatikasında uduzdu. 16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə keçirilən növbədənkənar iclasda Ermənistan özü özünü ifşa etdi. Yenə də qalib prezident İlham Əliyevin Qarabağ Azərbaycandır şüarı təsdiqləndi.

44 günlük müharibə Azərbaycanın müasir və ən yeni tarixində əsrlər boyu yaşıyacaq və təhlil olunacaq bir hadisədir. 44 günlük müharibə yüz illərin proseslərin nəticəsinə yekun vuran böyük hadisədir. İstər hərbi quruculuğu sahəsində olsun, istər iqtisadi islahatlar bunlar hamisi hər tərəfli hazırlanmış sistemli fəaliyyət proqramının nəticəsi olaraq meydana çıxdı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, ön cəbhədə yaralı zabit-əsgərlərimizə tibbi yardım göstərən tibb işçilərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Bu birlik həm hərbi həm də mənəvi zərbə oldu düşmənə. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə aldılar.

Zəfər günü dedikdə gözümün önünə igidlərimiz, şəhidlərimizin gəlir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Nə qədər Azərbaycan xalqı var Vətən uğrunda canından keçən şəhidlər ürəyimizdə yaşayacaq.

QALIB ORDUNUN ƏSGƏRI VƏ QALIB XALQIN VƏTƏNDAŞI OLMAQDAN QÜRURLU HEÇ NƏ YOXDU! QARABAĞ AZƏRBAYCANDIR!!!

Nəzər Mahmudov
Azərişıq ASC nin Şimal Qərb RETSİ nin İsmayıllı EŞ-nin rəisi

  • Sosial şəbəkədə paylaş