Sizin reklam burada
Sizin reklam burada

Şuşa – Zəfərin Tacı

Şuşa – Zəfərin Tacı

Bu qələbənin ən parlaq anı isə Şuşanın azad olunması oldu. Şuşa yalnız bir şəhər deyil – o, Azərbaycan ruhunun simvoludur. Şuşa məğrurluğun, sənətin, musiqinin, poeziyanın beşiyidir.

Düşmən bu şəhəri 30 il boyunca əsarətdə saxladı. Lakin nə qədər çalışsalar da, Şuşanın ruhunu, Qarabağın nəfəsini boğa bilmədilər. Çünki Şuşa bütün bu illər ərzində xalqımızın qəlbində yaşamağa davam edirdi.

Və nəhayət həmin möhtəşəm gün gəldi:
Əsgərlərimiz dağlardan, meşələrdən, qayalıqlardan keçərək Şuşaya daxil oldular.
Silahdan daha güclü silahları vardı – iman, qeyrət və Vətən sevgisi.

Şuşa azad olunanda Azərbaycan yenidən doğuldu.

Elə buna görə 8 Noyabr bizim Zəfər Günümüz – milli dirçəlişimiz, tarixi əzəmətimiz və gələcəyə inamımızın simvolu kimi qeyd olunur.


Ramin Abasov
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ