Sizin reklam burada
Sizin reklam burada

Əziz Mahirə Nağıqızı! Mahirə Nağıqızı

Əziz Mahirə Nağıqızı! Mahirə Nağıqızı
Əziz Mahirə Nağıqızı! Mahirə Nağıqızı


Sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və daim sevinclə dolu günlər arzulayıram.

Sizin ömür yolunuz zəhmət, fədakarlıq və mənəvi zənginliklə doludur. Həyatınız boyu göstərdiyiniz səmimiyyət, insanlara olan diqqət və qayğınız hər kəsin qəlbində dərin hörmət doğurub. Sizin kimi nurlu, mərhəmətli və müdrik insanların varlığı bu dünyanı daha gözəl edir.

Xüsusilə də Naxçıvana gəldiyiniz zaman doğma Nehrəmdə yerləşən İmamzadə türbəsini mütəmadi ziyarət etməyiniz, imanınıza, mənəvi dəyərlərinizə və Allaha olan sevginizə parlaq nümunədir. Bu ziyarətlər Sizin qəlbinizin saflığını, ruhani bağlılığınızı və dərin inamınızı əks etdirir.

65 yaş — ömrün kamillik zirvəsidir. Arzulayıram ki, bu illər Sizə daha çox sevinc, ruhi rahatlıq və ailə xoşbəxtliyi gətirsin. Hər yeni gününüz işıqlı, hər sabahınız ümid dolu olsun.

Sizin kimi təvazökar, vətənpərvər, mərhəmətli, qeyrətli bir Azərbaycan xanımını tanımaq böyük bir xoşbəxtlikdir.

Dərin hörmət və ehtiramla,
Səfər Əlirzayev

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ