Sizin reklam burada
Sizin reklam burada

"WhatsApp"dan ruslara YENİ TƏKLİF - Hakimiyyət "Meta" ilə bacara bilmir

 "WhatsApp"dan ruslara YENİ TƏKLİF - Hakimiyyət "Meta" ilə bacara bilmir

"WhatsApp" messenceri bəzi Rusiya istifadəçilərinə hesablarını e-poçt vasitəsilə təsdiqləməyi təklif etməyə başlayıb.




Bu barədə bir sıra rusiyalı istifadəçilərə bildiriş göndərilib.




“E-poçtla təsdiqləyin. Hesaba daxil olmaq və ya onu bərpa etmək üçün e-poçtdan istifadə edin”, - bildirişdə deyilir.




Əvvəllər hesaba yalnız QR-kod və ya telefon nömrəsi ilə daxil olmaq mümkün idi.




Oktyabrın 31-də “Durovun Kodu” adlı nəşr yazıb ki, Rusiyada "Telegram" və "WhatsApp"da yeni istifadəçilərin qeydiyyatı məhdudlaşdırılmağa başlanıb. Məlumata görə, mobil operatorlara yeni hesab yaratmaq üçün lazım olan SMS və zənglərin göndərilməsini dayandırmaq tapşırılıb. Bəzi operatorlar artıq bu göstərişi yerinə yetirməyə başlayıblar.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ