Sizin reklam burada
Sizin reklam burada

Xalqın etimadı və davamlı liderlik

Xalqın etimadı və davamlı liderlik


Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qısa müddətdə regionun ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrildi. İqtisadiyyatın şaxələndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, enerji siyasətinin uğurlu davamı və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı.

Son 22 ildə ölkədə müasir yollar, körpülər, hava limanları, sənaye zonaları, yeni təhsil və səhiyyə müəssisələri inşa olundu. Azərbaycanın beynəlxalq nüfuzu gücləndi, ölkəmiz bir çox nüfuzlu beynəlxalq tədbirlərə, o cümlədən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, COP29 kimi beynəlxalq sammitlərə ev sahibliyi etdi.

Prezident İlham Əliyevin adı həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əbədi olaraq tarixə yazıldı. Onun qətiyyətli siyasəti və sarsılmaz iradəsi nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük Zəfər qazandı. Bu, dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu və xalqın Prezidentə olan etimadını daha da möhkəmləndirdi.

Sonrakı illərdə keçirilən bütün seçkilərdə xalq İlham Əliyevə sarsılmaz dəstəyini ifadə edib. 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində də İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq növbəti dəfə Prezident seçildi. Bu fakt onun dövlət başçısı kimi fəaliyyətinə xalqın dərin inamının göstəricisidir.


Anar Alızadə,
İsmayıllı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ