
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs edilib.
Onun AR Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə ittiham edildiyi bildirilir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 278.1-ci maddəsi "dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər", 274-cü maddəsi "dövlətə xəyanət" və 193-1.3.2-ci maddəsi "cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma"nı ehtiva edir.
