Dəyirmi masa formatında təşkil olunan görüşdə məktəbin ümumi vəziyyəti, tədris prosesində mövcud olan çətinliklər, nailiyyətlər və qarşıda duran vəzifələr ətraflı şəkildə müzakirə olundu. Son illərdə rayonda təhsil sahəsində görülən işlər, yeni tikilən və əsaslı şəkildə yenilənən məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar barədə məlumat verildi. Eyni zamanda mövcud nöqsanlara da diqqət çəkərək onların aradan qaldırılması üçün görülməli olan tədbirləri qeyd edildi.
Təhsil cəmiyyətin inkişafının əsas dayağıdır və bu yolda müəllimlərin fədakar əməyi xüsusi önəm daşıyır. Müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların hər bir uğurunun bütövlükdə rayon təhsilinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdik.
Bu kimi görüşlər gələcəkdə də davam etdiriləcək və təhsil ictimaiyyəti ilə açıq dialoqun, qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq. Məqsəd – birgə əmək və qarşılıqlı etimad əsasında daha yüksək nailiyyətlərə imza atmaqdır.
#İsmayıllıRİH
