Sizin reklam burada
Sizin reklam burada

Gel manikürlər bahalaşır - SƏBƏB

 Gel manikürlər bahalaşır - SƏBƏB

Sentyabrın 1-dən etibarən Avropada gel manikür zamanı istifadə olunan TPO (trimetilbenzoil difenilfosfin oksid) maddəsinin qadağan olunması qiymətlərə birbaşa təsir edib.




Artıq bir sıra ölkələrdə dırnaq xidmətləri bahalaşıb.




TPO maddəsi niyə qadağan olundu?




Avropa Komissiyası TPO maddəsini reproduktiv sağlamlıq üçün potensial risk və mümkün kanserogen kimi tanıyaraq istifadəsini məhdudlaşdırıb. Maddə gel laklarda örtüyün polimerləşmə prosesini sürətləndirmək və dırnaqlara xarakterik parıltı vermək üçün istifadə olunurdu.




Mütəxəssislər bildirirlər ki, TPO bütün gel laklarında olmasa da, onun xüsusiyyətlərini əvəzləyəcək alternativlər daha baha başa gəlir və tətbiqi əlavə hazırlıq tələb edir.




Salonlar yeni məhsullara keçid edir




Qadağa nəticəsində gözəllik salonları:




Köhnə TPO tərkibli məhsulları utilizasiya etməli,




Yeni tərkibli laklara keçməli,




Ustaları yeni materiallarla işləməyə hazırlamalıdırlar.




Bu keçid xərcləri isə nəticə etibarilə manikür prosedurlarının qiymətinin artmasına səbəb olur.




Yapon manikürün populyarlığı arta bilər




Bəzi mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər təbii prosedurlara, məsələn, UV lampalar və kimyəvi maddələr əvəzinə minerallar və yağlardan istifadə edən yapon manikürünə marağın artmasına gətirib çıxara bilər.




Qadağa hələ bütün ölkələrə şamil olunmur




Hazırda TPO ilə bağlı məhdudiyyətlər yalnız Avropa İttifaqı ölkələrində qüvvədədir. Böyük Britaniya və ABŞ-də hələ bu cür qadağalar tətbiq olunmasa da, ekspertlər yaxın gələcəkdə oxşar qərarların orada da qəbul ediləcəyini istisna etmirlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ