Sizin reklam burada
Sizin reklam burada

"ChatGPT" daha da hazırcavab oldu - YENİLİK

"ChatGPT" daha da hazırcavab oldu - YENİLİK


"OpenAI" neyron şəbəkəsinin yeni nəsli olan "GPT-5" təqdim edib.

Təqdimat "OpenAI" saytında yayımlanıb.


Tərtibatçıların fikrincə, yeni versiya daha dəqiq əsaslandırma təmin edəcək və həmçinin genişləndirilmiş uzunmüddətli yaddaşa sahib olacaq. Bundan əlavə, model səhv cavabları daha az verməlidir.

Qeyd olunub ki, neyron şəbəkə artıq riyaziyyat, maliyyə, təbiət elmləri, hüquq və digər fənlər üzrə daha faydalı cavablar verir.

"Bu, hər hansı bir sualınıza cavab verməyə hazır olan ekspertlər komandası kimidir", - şirkət vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, "ChatGPT" süni intellektlə (AI) tez-tez ünsiyyət qurarkən, sağlamlıqla bağlı narahatlıqları əsas gətirərək istifadəçilərə fasilə vermək zərurəti barədə bildirişlər göndərməyə başlayacaq.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ