Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında məktəbəqədər təhsil mövzusu ilə bağlı görüş keçirilib
Görüşdə İdarə müdiri Elçin Kərimov, müdir müavini, yerli təhsil sektorlarının müdirləri, idarə əməkdaşları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə çıxış edən Elçin Kərimov yoxlama tədbirləri, monitorinqlər zamanı aşkar olunan nöqsanlar və həmin nöqsanların aradan qaldırılması istiqamətində görülməli işlər barədə ətraflı məumat verib.
Bununla yanaşı idarə müdiri 2025-2026-cı tədris ili üçün uşaq qəbulu ilə bağlı konkret tapşırıqlar verib.
Görüşün yekununda məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılıb.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim #MəktəbəqədərTəhsil
