Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi olaraq, bölgəmizdə fədakarlığı, peşəkarlığı və uğurları ilə seçilən müəllimlərimizin təcrübəsini və nümunəvi fəaliyyətini cəmiyyətə tanıtmaq məqsədilə “Qabaqcıl müəllimlərimiz” adlı yeni rubrikaya start verilir.
Bu rubrika vasitəsilə müəllimlərimizin təhsildəki uğurlu fəaliyyətlərini paylaşacaq, onların iş təcrübələrini işıqlandıraraq digər həmkarları üçün motivasiya mənbəyinə çevirəcəyik.
İlk olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanı nəticələrinə əsasən riyaziyyat fənnindən ən yaxşı nəticə göstərən sinif və həmin sinfin müəllimlərini təqdim edirik.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim #QabaqcılMüəllimlərimiz
