Ölkədə pensiya yaşının tədricən artırılması ilə əlaqədar ruslar bu il pensiyaya çıxmayacaqlar.
Bunu sosioloq Aleksandr Safonov bildirib.
"2025-ci ildə yeni pensiya yaşına keçid cədvəlinə uyğun olaraq heç kim pensiyaya çıxmayıb. Bu, pensiya yaşının tədricən artırılması ilə bağlıdır", - o izah edib.
Safanov bildirib ki, federal qanuna əsasən, yeni pensiya yaşına keçid dövrü on il davam edəcək. Ekspertin sözlərinə görə, 2019-cu ildən 2022-ci ilə qədər pensiya yaşı hər il altı ay artırıldığı üçün Rusiya vətəndaşları hər il pensiyaya çıxırdılar:
"Bununla belə, 2023-cü ildən 2028-ci ilə qədər pensiya yaşı bir il artmağa başlayıb, buna görə də ruslar 2024-cü ildə pensiyaya çıxıblar. Növbəti pensiyalar 2026 və 2028-ci illərdə baş tutacaq".
