Sizin reklam burada
Sizin reklam burada

14 İyul – Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin tarixi günü

14 İyul – Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin tarixi günü

14 iyul Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan əlamətdar bir gündür. Məhz 1969-cu ilin 14 iyul tarixində görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri oldu. Bu, xalqımız üçün təkcə siyasi dəyişiklik deyildi – bu, inkişafın, tərəqqinin, intibahın başlanğıcı idi.

O dövrə qədər Azərbaycanda sənaye geridə qalır, kənd təsərrüfatı inkişafdan geri qalır, sosial sahələrdə durğunluq hökm sürürdü. Lakin Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublika böyük iqtisadi, sosial və mədəni yüksəliş mərhələsinə qədəm qoydu. İstehsalat artırıldı, yeni zavodlar, fabriklər, təhsil və səhiyyə müəssisələri tikildi, kadr potensialı gücləndirildi.

Ulu Öndər milli mənəvi dəyərlərə sahib çıxaraq gənclərin vətənpərvər ruhda yetişməsinə xüsusi diqqət göstərdi. Elmi, mədəniyyəti, idmanı və təhsili ön plana çəkdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan SSR ittifaq daxilində öncül respublikalardan birinə çevrildi.
Heydər Əliyevin 14 iyulda başladığı xilaskarlıq missiyası sonralar 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtması ilə davam etdi. 14 iyul həm də xalqın ona olan sonsuz inamının ilk rəsmi nişanəsi idi.

Bu gün Azərbaycan inkişaf etmiş müasir dövlət kimi Heydər Əliyev ideyalarının davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin yolun uğurla davam etdirildiyini sübut edir.

14 İyul – Azərbaycanın yaddaşında mühüm, şərəfli və əbədi iz qoyan gündür.


Səfər Əlirzayev,
Xeyriyyəçi- İş adamı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ