Dəyərli dostlar, dünən şənbə günü 40 nəfər Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin əməkdaşları ilə 30 ilə qədər düşmən işğalında olan, bu gün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qətiyyəti və professional döyüş qabiliyyəti, xalqımızın dəstəyi ilə suverenliyimizin də bərpa olunduğu müqəddəs torpaqlarımıza getdik. Tərtər qurtaran kimi ərazilərimiz nəhəng tikinti meydançasını xatırladır, yollar salınır, qəsəbələr tikilir, yurd yerlərimiz bərpa olunur, inanc yerlərimiz bərpa olunur, gözəlliklər yaradılır. İnsan ayağını o müqəddəs torpaqlara qoyan andan geriyə qayıdana qədər yalnız qürur hissləri keçirir,dövləti və milləti, xalqı adına fəxarət duyguları ilə nəfəs alir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə bitən andan qarış- qarış gəzdiyi bu yerlərdən indi abadlıq, quruculuq, bərpa, yenidənqurma, asfaltma, yeni yolların çəkilməsi, işıqlanma, bütövlükdə həyata yenidən qayıdışın nəfəsi gəlir.Ağdam, Xıdırli kəndi, Əskəran, Xocalı, Xankəndi, Şuşa, Cıdır düzü, Topxana meşələri, İsa bulağı bunların hər birində görülən işlər barədə povestlər, qəhrəmanlıq romanları, poemalar, sənədli və bədii filmlər çəkilməli, yüzlərlə şəhidlərimiz, qazilərimiz, veteranlarımız, ümumi millətimiz adına mahnılar, musiqi əsərləri yazılmalıdır. Zəngilan, ilk tarixi qayıdışın həyata keçirildiyi Ağalı şəhəri( vallah bura kənd demək olmaz), Füzuli, Laçın, Qubadlı , Kəlbəcər, hazırda fəaliyyətdə olan 3 aeroportumuz və onlarla digər məsələləri sadalamaqla bitmir. Bu gün Şuşada, Xankəndində, digər insanlar yaşayan kənd və qəsəbələrimizdə həyat qaynayır, insanlar işləyir, xidmət sahələri fəaliyyət göstərir, bütün bunlar həqiqətən qürur və fəxarətdir. Yaşasın Vətənimiz Azərbaycan! Qarabağ Azərbaycandır!