
Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olan 26 İyun – Silahlı Qüvvələr Günü təkcə zabit və əsgərlər üçün deyil, hər bir vətənsevər azərbaycanlı üçün qürur, iftixar və minnətdarlıq günüdür. Bu gün xalqın öz ordusuna olan inamını, sevgisini və dəstəyini simvolizə edir.
Tarixi kökləri 1918-ci ilə – Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli ordu yaratmaq qərarına gedib çıxan Silahlı Qüvvələr, bu gün müstəqil dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və sabitliyinin qoruyucusudur. Azərbaycan Ordusu güclənən dövlətçiliyimizin dayağı, xalqın təhlükəsizliyinin təminatçısıdır.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bir daha sübut etdi ki, Azərbaycan əsgəri həm cəsarətli, həm də qətiyyətlidir. Ordumuz təkcə döyüş meydanında deyil, xalqın qəlbində də qalibdir.
Bu gün ordumuzun inkişafı, güclənməsi, ən müasir texnologiyalarla təchiz olunması, gənclərin hərbi xidmətə sevə-sevə getməsi – hamısı bu güvənin və milli birliyin nəticəsidir.
26 iyun – həm tarixdir, həm də gələcəyə inamdır. Bu gün yalnız bir peşənin deyil, bütöv bir xalqın şərəf və ləyaqət günüdür. Biz bu günlə fəxr edirik, çünki bu gün güclü və qalib Azərbaycanın Ordusunun Günüdür!
Qoy Azərbaycan əsgəri daim güclü, xalqımız daim bir yumruq kimi birləşmiş olsun!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan Xalqı!
Vidadi Rəhimov
"İsmayıĺlı rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru
