arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO

 Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO

Son vaxtlar onlayn alış-veriş zamanı dələduzluq halları artmaqdadır. Xüsusilə geyim almaq istəyən alıcılar tez-tez aldadıldıqlarını bildirirlər.

Bu barədə "Xəzər Xəbər"in qaynar xəttinə çoxsaylı müraciətlər daxil olub.

Zərərçəkmiş Mətanət İbrahimova deyir ki, ödəniş etdiyi paltarın poçtla göndəriləcəyi vəd olunub. Lakin həftələr keçməsinə baxmayaraq, nə geyim gəlib, nə də pul geri qaytarılıb. Üstəlik, əlaqə saxladığı şəxs onu bloklayıb.

Başqa bir zərərçəkən isə 50 manat beh göndərdiyini, lakin daha sonra qarşı tərəfin əlaqəni kəsdiyini bildirib. Onun sözlərinə görə, həmin şəxslər fırıldaqlıq etdikdən sonra istifadə etdikləri sosial şəbəkə səhifəsinin adını dəyişərək izlərini itirməyə çalışıblar.

Ətraflı süjetdə:

[video=https://youtu.be/8pMHIn3-hP0]

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ