arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Məhərrəm ayının başlamasına az qalıb: toylar artdı, qızıl bahalaşdı

Məhərrəm ayının başlamasına az qalıb: toylar artdı, qızıl bahalaşdıMəhərrəm ayının başlamasına az qalmış toyların sayı artıb.

Satıcıların sözlərinə görə, mövcud vəziyyət qızıl bazarında qiymətlərə də təsir edib.

Son bir neçə gündə qızılın əyyarından asılı olmayaraq, hər qramında 5 manat civarında artım var.

Satıcılar qiymətlərin bir az da artacağını ehtimal edirlər.

Restoran inzibatçılarının sözlərinə görə, bu ay həftəiçi də toy sifarişləri var.

İnzibatçılar bildirirlər ki, əvvəllər edilən toylarda adam sayı az olsa da, Məhərrəm ayına qədər olan toylarda qonaq sayı daha çoxdur.

O da qeyd edilib ki, hətta indidən Məhərrəm ayından sonraya da restoran bron edənlər var.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ