Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni mexanizm işçinin faktiki işlədiyi saatlara uyğun olaraq əməkhaqqı almasını nəzərdə tutur. Bu sistem xüsusilə müvəqqəti işlər, frilans fəaliyyəti və yarımştat iş yerləri üçün daha şəffaf və çevik imkanlar yaradacaq. Eyni zamanda, bu sistem işçilər üçün əlavə üstünlüklər də təmin edəcək.
Millət vəkilinin sözlərinə görə, şəxs gündəlik müəyyən olunmuş iş saatından artıq çalışdıqda, eləcə də bayram və istirahət günlərində əməkhaqqı fərqli qaydada hesablanacaq.
Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən bəzi restoranlarda artıq saatlıq əməkhaqqı sistemi tətbiq olunur. Bu hallarda bir saatlıq ödəniş 2-3 manat arasında dəyişir.
